Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabiq futbol ulduzu “Bakı finalı”nı alqışladı

Sabiq futbol ulduzu “Bakı finalı”nı alqışladı

Portuqaliyalı sabiq futbol ulduzu Luiş Fiqu azarkeşləri “Bakı finalı”na önəmli informasiya dəstəyi verib. “Barselona” və Madrid “Real”ının əfsanəvi futbolçusu azarkeşləri mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa baxmağa çağırıb:

--Əziz dostlar, beş günə Bakıda möhtəşəm final olacaq. Mən də orada olacağam. Bu anı əldən qaçırmayın!

Bundan əvvəl isə Fiqu Avroliqada fəaliyyət göstərəcək könüllülərə müraciət edib. 46 yaşlı veteran futbolçu final üçün yaradılmış Könüllülər Proqramına müraciət mərhələsində rekord göstəricinin qeydə alınmasına görə bu addımı atıb. Könüllülər Proqramına qoşulan iştirakçıları salamlayan sabiq yarımmüdafiəçi bu tədbirin bir hissəsi olduqları üçün onlara təşəkkür edib: “Əminəm ki, Bakıda keçiriləcək unudulmaz final oyununa hazırsınız. Bizimlə birlikdə çalışacağınız bu futbol macərasında hər birinizə uğurlar arzulayıram”.

Qeyd edək ki, final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Könüllülər Proqramına dekabrın 13-dən yanvarın 31-dək davam edən qeydiyyat prosesində 3 mindən çox könüllü qeydiyyatdan keçib. Bununla da UEFA Avropa Liqasının, eləcə də UEFA klub yarışlarının finalı tarixində ilkə imza atılıb. 

 

Sonda xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları üz-üzə gələcək. Matç mayın 29-da, saat 23:00-da start götürəcək.

 

R.TAHİR,
“Xalq qəzeti”

 

25 2019 14:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə