Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elektron cihazlar uşaqlara necə təsir edir?

Elektron cihazlar uşaqlara necə təsir edir?

İndiki uşaqlar elektron məişət cihazlarının sıx əhatəsində böyüyür. Şübhəsiz, orqanizmi o qədər də bərkiməmiş uşaqlar bu avadanlığın mənfi təsirinə daha çox məruz qalırlar. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva bununla bağlı mediaya açıqlamasında ciddi narahatlığını ifadə edib: 

--Azərbaycanda hazırda ümumi oftalmoloji müayinələr zamanı insanlar arasında daha çox refraks patologiyası --yaxından görmə, uzaqdan görmə, astiqmatizm və s. aşkarlanır. Bu qüsura uşaqlar arasında daha çox rast gəlinir. Planşet, telefon və televizorlardan 2 yaşadək uşaqların istifadəsinə məhdudiyyət qoyulmalıdır. Çünki planşet və telefonlardan düzgün olmayan şəkildə istifadə uşaqlarda kompüter görmə sindromuna səbəb olur.

Göz xəstəliklərinin profilaktikası üçün düzgün qidalanmaya, kitab oxuma zamanı ara məsafənin olmasına xüsusi diqqət yetirilməli, televizoru izləmə məsafəsi optimal şəkildə seçilməlidir. İşığın düşməsinə xüsusi diqqət yetirilməlidir. Analar gözün profilaktikası üçün övladlarını zərərli vərdişlərdən uzaq tutmalıdırlar.

Y. Abdıyeva sonda bildirib ki, respublikada oftalmoloji yardımın optimallaşdırılması üçün mərkəzdə həm profilaktik tədbirlər, həm də müalicələr həyata keçirilir.

 

R.TAHİR,
“Xalq qəzeti

 

25 2019 14:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə