Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aerobika gimnastikası üzrə Avropa çempionatında aero-dans proqramında Azərbaycan komandası finala çıxıb

Aerobika gimnastikası üzrə Avropa çempionatında aero-dans proqramında Azərbaycan komandası finala çıxıb

Aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında böyüklər arasında aero-dans proqramında Azərbaycan komandası finala çıxıb.

Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayevadan ibarət komanda 17.350 xal toplayaraq ikinci yerdə qərarlaşıb.

Finala Rusiya (17.400 xal), Rumıniya (17.250 xal), İtaliya (17.100 xal), Macarıstan (16.875 xal), Ukrayna (15.850 xal) və Almaniya (14.750 xal) komandaları çıxıblar.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.

Yarışlarda 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.

Yarışların sonuncu günü final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.

                                        

  “Xalq qəzeti”

25 2019 14:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 İyun 2019 | 17:42
Görüş keçirilib
19 İyun 2019 | 15:10
İLK DƏFƏ... İKİ DƏFƏ...

Köhnə versiyamızdan xəbərləri izlə