Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Anton Kolobov: Milli Gimnastika Arenasında hər tərəfdən müsbət enerji yayılır

Anton Kolobov: Milli Gimnastika Arenasında hər tərəfdən müsbət enerji yayılır

Milli Gimnastika Arenasında hər tərəfdən müsbət enerji yayılır. Bunu rusiyalı gimnast Anton Kolobov deyib.

A.Kolobov gənclər arasında kişilərin fərdi proqramında finala çıxıb: “Öz çıxışımdan razı qaldım. Planlaşdırdığım hər şey alındı. Səhvlər əlbəttə ki, var idi, amma onları da düzəldəcəyəm. Avropa çempionatında yarışlara hazırlaşmaq üçün zəruri şərait yaradılıb”.

Gimnast vurğulayıb ki, Milli Gimnastika arenası böyük və gözəldir, burada hər şey rahatdır.

Qeyd edək ki, mayın 24-ü Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb.

Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Mayın 25-də qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılıblar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışırlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə bilər. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

                                              

 “Xalq qəzeti”

25 2019 13:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 İyun 2019 | 17:42
Görüş keçirilib
19 İyun 2019 | 15:10
İLK DƏFƏ... İKİ DƏFƏ...

Köhnə versiyamızdan xəbərləri izlə