Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nizami Gəncəvinin “Sirlər xəzinəsi” Türkiyə Kitab və Mədəniyyət Sərgisində

Nizami Gəncəvinin “Sirlər xəzinəsi” Türkiyə Kitab və Mədəniyyət Sərgisində

Bu il may ayının 15-də Türkiyə Dəyanət Vəqfi (TDV) tərəfindən XXXVIII Türkiyə Kitab və Mədəniyyət Sərgisinin açılışı baş tutub. Türkiyənin tanınmış 105 nəşriyyat evinin qatıldığı sərgi mayın 31-dək öz işini davam etdirəcək.

Hər gün yüzlərlə ziyarətçini qəbul edən sərgidə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsi çərçivəsində son 3 ildə nəşr olunan 38 adda Azərbaycan ədəbi, elmi əsərləri də nümayiş olunur.

Sərgi zamanı, həmçinin layihə üzrə türk dilində yenicə nəşri başa çatdırılan, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitabı Türkiyə ictimaiyyətinə təqdim edilib. “Zengin Yayıncılık” nəşriyyatının direktoru Sevinc Fırat qonaqlara kitabla bağlı ətraflı məlumat verib, nəşrin Azərbaycan mədəniyyətinin, ədəbiyyatının tanıdılması işinə vacib töhfə olduğunu bildirib. Kitab ziyarətçilərin marağı ilə qarşılanıb.

Qeyd edək ki, cari ilin sonunadək “Xəmsə”yə daxil olan digər 4 kitabın da nəşrinin tamamlanması və Nizami irsinin tanıdılması, təbliği məqsədilə Türkiyədəki təhsil müəssisələrində, kitabxanalarda, dərnəklərdə və digər aidiyyəti qurumlarda yerləşdirilməsi nəzərdə tutulub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

25 2019 12:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 İyun 2019 | 17:42
Görüş keçirilib
19 İyun 2019 | 15:10
İLK DƏFƏ... İKİ DƏFƏ...

Köhnə versiyamızdan xəbərləri izlə