Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna baxış keçirilib

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna baxış keçirilib

“Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna baxış keçirilib. İnstitutun direktoru Telman Kərimli qoruq əməkdaşları ilə birgə ərazidəki vəziyyətlə tanış olub.

Eyni zamanda, qoruğun gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda ziyarətçilərin rahatlığını təmin etmək üçün müasir infrastruktur yaradılacaq.

Hazırda qoruq ərazisində əməkdaşlar üçün inzibati binanın tikilməsi ilə bağlı danışıqlar aparılır. İşçilərin qoruq ərazisində daimi olaraq iş otaqlarının olması vacibdir. Eyni zamanda ərazidəki yollar təmir-bərpa olunacaq. Qoruq ərazisində olan tarixi abidələrin konservasiyası, mühafizəsinin daha da artırılması kimi zəruri işlər həyata keçiriləcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

25 2019 12:34 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə