Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Goranboyda top mərmisi aşkar edilib

Goranboyda top mərmisi aşkar edilib

Ötən gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonu, Meşəli qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub. Bu barədə ANAMA-dan məlumat verilib.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xocalı rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xocalı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə qeyd olunmuş ərazidə Qaraçay çayının sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 280 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

25 2019 11:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 İyun 2019 | 17:42
Görüş keçirilib
19 İyun 2019 | 15:10
İLK DƏFƏ... İKİ DƏFƏ...

Köhnə versiyamızdan xəbərləri izlə