Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Respublika Günü münasibətilə “Zəriflik” fotoqrafiya sərgisi keçiriləcək

Respublika Günü münasibətilə “Zəriflik” fotoqrafiya sərgisi keçiriləcək

Azərbaycan Fotoqrafları Birliyinin dəstəyi ilə  Bakı Xoreoqrafiya Akademiyasında 28 May Respublika Gününə həsr olunmuş "Zəriflik" adlı fotoqrafika sərgisi keçiriləcək. Bu barədə AFB-dən məlumat verilib. Mayın 27-ində  keçiriləcək sərgidə incəsənət fakültəsi tələbələrinin, müəllim-rəssam Anar Səfərlinin,  eləcə də Azərbaycan Fotoqrafları Birliyinin sədr müavini Rauf Umudovun və birliyin üzvü Arzu Mürvətovanın fotoları nümayiş olunacaq. Qeyd edək ki, sərgi Bakı Xoreoqrafiya Akademiyasının 90 illik yubileyi çərçivəsində keçirilir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

25 2019 11:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə