Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tələbələr dövlətimizin diqqət və qayğısından çox razıdırlar

Tələbələr dövlətimizin diqqət və qayğısından çox razıdırlar

Prezident İlham Əliyevin ölkə əhalisinin sosial problemlərinin həlli istiqamətində imzaladığı mühüm fərman və sərəncamlar, bu istiqamətdə görülən real işlər Azərbaycan ictimaiyyətinin dərin razılığına səbəb olur. Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Leyla Gərayzadə bu barədə fikirlərini əməkdaşımızla bölüşüb:

– Dövlətimizin başçısı möhtərəm İlham Əliyevin liderliyi ilə əhalinin rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər hər birimizi sevindirir. Təbii ki, bir ziyalı, pedaqoq, müstəqil ölkənin vətəndaşı olaraq, mən də bundan çox məmnun oluram. 
Uzun illərdir ki, Bakı Dövlət Universitetində dərs deyirəm. Çox hörmətli ­Prezidentimizin dövlət ali təhsil müəssisələrində oxuyan tələbələrinin təqaüdlərinin artırılması ilə bağlı sərəncamı onların böyük sevincinə səbəb olduğunu öz gözlərimlə müşahidə etmişəm. Tələbələr möhtərəm Prezidentin diqqət və qayğısından çox razıdırlar. Gənclər başa düşürlər ki, dövlətimizin başçısı onların yüksək biliklərə sahib olmaları üçün hər cür şərait yaradır. 
Bir məqamı da vurğulamaq istəyirəm. Son illər doğma Bakı o qədər gözəlləşir ki, paytaxtımızın hüsnündən doymaq olmur. Bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak ediblər. 
Dünən yolum həmin əraziyə düşmüşdü. Nə gizlədim, burada yaradılan gözəl şəraitdən böyük zövq aldım. Ən çox xoşuma gələn isə bir-birindən gözəl fəvvarələr oldu. Parkda çox sayda müxtəlif növ ağac və minlərlə gül və kol bitkiləri əkilib. Qəlbimdə dönə-dönə möhtərəm Prezidentə və birinci xanıma minnətdarlıq etdim. 

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti” 

 

24 2019 21:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə