Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncliyə qayğı bizi yeni qələbələrə ruhlandırır

Gəncliyə qayğı bizi yeni qələbələrə ruhlandırır

Respublikamızda həyata keçirilən gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müdrik şəxsiyyətin gənclərə inamı və böyük ümid bəsləməsi onun nitqlərində də öz əksini tapırdı. Ulu öndər çıxışlarının birində demişdir: “Əziz balalar, əziz gənclər. Mən Azərbaycanın gələcəyi haqqında düşünərkən, sizə ümid edirəm, sizə arxalanıram. Azərbaycanın parlaq gələcəyini sizdə görürəm”.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də gəncliyin inkişafına, gənclərin hərtərəfli yetişmələrinə böyük önəm verir. Bu diqqət və qayğı biz gəncləri yeni qələbələrə, uğurlara daha da ruhlandırır. Bu gün ölkəmizdə gənclər siyasətinin yeni mərhələyə qədəm qoyması hər birimizdə gələcəyə böyük inam yaradır. Dövlətimizin başçısının həyata keçirdiyi gənclər siyasəti nəticəsində gəncliyimiz cəmiyyətin fəal sosial təbəqəsinə çevrilib. 
Azərbaycan tarixinin hər bir mərhələsində gənclik həmişə aparıcı siyasi qüvvə olub. Müstəqilliyimizin qorunub saxlanmasında, möhkəmləndirilməsndə və dövlətçiliyin inkişaf etdirilməsində gənclərimizin rolu böyükdür. Möhtərəm Prezidentimizin gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial -- iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə imzaladığı fərman və sərəncamlar, təsdiqlədiyi dövlət proqramları hər bir gəncin qarşısında geniş üfüqlər açıb. Bir vaxtlar beynəlxalq tədbirlərdə, idman yarışlarında və digər müsabiqələrdə iştirak etmək üçün ciddi çətinliklərlə qarşılaşan gənclərimiz üçün indi hər cür şərait yaradılıb.
Mən bir gənc olaraq, bizə əlverişli imkanlar yaradan dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Sərbəst güləş üzrə üç dəfə dünya çempionu və müxtəlif beynəlxalq yarışların qalibi olmuşam. Hər dəfə Azərbaycanın üçrəngli bayrağını yüksəkliyə qaldıranda və Dövlət himnimizi səsləndirəndə sevincimin həddi-hüdudu olmur. Təsəvvür edin ki, ölkəmizin bayrağı qaldırılır və Dövlət himnimiz səsləndirilir. Salondakıların hamısı ayaq üstündə dayanaraq, Dövlət himnimizi sona qədər dinləyir. Elə yarışlar olub ki, orada düşmənlərimiz – ermənilər də iştirak ediblər. Onlar da Dövlət himnimizi ayaq üstündə dinləmək məcburiyyətində qalıblar. Mən bu zaman özümü çox xoşbəxt hiss edirəm və bu uğurumu dövlətimizin gəncliyə göstərdiyi diqqət və qayğıya layiqli töhfə hesab edirəm.
Mən möhtərəm Prezidentimizin gəncliyə göstərdiyi diqqət və qayğıdan çox razıyam. Bundan sonra da Vətənimizin adının daha da yüksək zirvələrdən eşidilməsi üçün bütün qüvvəmi sərf edəcəyəm.

 

Hacı ƏLİYEV,
üçqat dünya çempionu

24 2019 21:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə