Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pentaqon: ABŞ Yaxın Şərqə qoşun göndərməyəcək

Pentaqon: ABŞ Yaxın Şərqə qoşun göndərməyəcək

Pentaqon rəhbərinin vəzifələrini icra edən Patrik Şanaxan deyib ki, onun ölkəsi Yaxın Şərq regionuna 10 min hərbçi göndərməyi planlaşdırmır. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Bununla bərabər, P.Şanaxan qeyd edib ki, bu məsələ müzakirə olunur və bununla bağlı hələlik son qərar qəbul edilməyib. 
Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın Müdafiə Nazirliyinin İranla bağlı gərginliyin artması səbəbindən Yaxın Şərqə 10 min əsgər və zabitdən ibarət hərbi kontingent göndərmək üçün Ağ evə plan təqdim etdiyi barədə qlobal mediada məlumatlar yayılmışıdı. 
P.Şanaxan sonra bildirib ki, ABŞ hökuməti Yaxın Şərqdə öz hərbçilərinin təhlükəsizliyinin təmin olunması naminə bütün lazımi tədbirləri həyata keçirməyə hazırdır. 
Yeri gəlmişkən, regionda gərginliyin kəskin artmasını nəzərə alaraq, Pentaqon artıq Fars körfəzində bir neçə hərbi gəmi cəmləşdirib. Üstəlik, həmin gəmilər “Patriot” raketləri ilə təchiz olunub. 
Bu il mayın 5-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib ki, ölkəsi İrana xəbərdarlıq etmək üçün “Avraam Linkoln” hərbi gəmisini Fars körfəzinə göndərəcək. 
Bu il aprelin 8-də isə Prezident Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunun xarici terror təşkilatların siyahısına əlavə olunduğu barədə qərar qəbul etdiyini elan etmişdir. Bir sözlə, Yaxın Şərqdə gərginlik artmaqda davam edir. 

M.HACIXANLI, “Xalq qəzeti” 

24 2019 22:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə