Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna Rusiya ilə danışıqları bərpa etmək niyyətindədir

Ukrayna Rusiya ilə danışıqları bərpa etmək niyyətindədir

Əgər Kiyev Donbasda sülh əldə olunmasını istəyirsə, o zaman Ukrayna və Rusiya arasında danışıqlar bərpa olunmalıdır. Bu barədə Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Boqdan “1+1” telekanalına müsahibəsində bəyan edib. Məlumatı TASS verib. 
“Əgər biz sülh istəyiriksə, danışıq aparmalıyıq”, – deyə Boqdan bildirib. Bununla yanaşı, administrasiya rəhbəri deyib ki, bu danışıqların nə vaxt və hansı şərtlərlə baş tutacağı hələ açıq qalmaqdadır. 
Boqdan hesab edir ki, Ukraynanın şərqindəki vəziyyəti yalnız sülh yolu ilə nizamlamaq mümkündür: “Bəlkə də bu, ağır yol olacaq, ancaq düşünürəm ki, məhz bu yolla getməliyik”. 
Ancaq Ukrayna Prezidenti Vladimir Zelenski bir gün əvvəl İctimai Televiziyanın Rusiya ilə danışıqların bərpası ilə bağlı sualına mənfi cavab verib. Bundan əlavə, o, Rusiya Federasiyasını “təcavüzkar” adlandırıb. 
Mayın 20-də keçirilmiş inauqurasiyası zamanı Zelenski bəyan etmişdi ki, Donbasda sülhə nail olunması onun bir nömrəli vəzifəsidir və bunun reallaşdırılması üçün hər cür addımı atmağa hazırdır. 
Mayın 21-də isə Andrey Boqdan demişdi ki, Prezident Zelenski Ukrayna və Rusiya arasında danışıqlar prosesinin bərpası ilə bağlı referendum keçirmək təşəbbüsü ilə çıxış etmək niyyətindədir. Ancaq o qeyd etmişdi ki, Kiyev özünün əraziləri və insanları ilə alver etmir. 
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə referendum məsələsini Ukraynanın daxili işi hesab etdiklərini, Kiyevdən Donbas münaqişəsinin həllində konkret addımlar gözlədiklərini bildirmişdi. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

24 2019 22:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə