Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ronaldo klub sahibi oldu

Ronaldo klub sahibi oldu

Dünya futbolunun məşhur simalarından olan Ronaldo İspaniya La Liqasına yüksələn “Valyadolid” klubunun səhmlərinin 51 faizini alıb. “Goal.com”un yaydığı məlumata görə, braziliyalı sabiq hücumçu bunun üçün 30 milyon avrosundan keçərək, “Valyadolid”in əsas səhmdarı və prezidenti olub.
Rəsmi imzalar atıldıqdan sonra Ronaldo yeni klubu ilə bağlı fikirlərini bölüşüb: “Bundan əvvəl futbolun bir neçə mərhələsində iştirak etmişdim. İndi yeni bir mərhələyə başlayıram. “Valyadolid” klubunu daha yüksək yerlərə qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Bu yolda azarkeşlərin də dəstəyi vacibdir”.
Qeyd edək ki, “Valyadolid” 2017/2018 mövsümündə 5-ci yeri tutaraq La Liqaya vəsiqə qazana bilib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

4 2018 22:53 - İDMAN
İDMAN
10 Dekabr 2019 | 23:25
Messi birincidir
6 Dekabr 2019 | 22:59
Mbappe ilk onluğa düşüb
6 Dekabr 2019 | 03:16
İlin ən yaxşı futbolçusu

Köhnə versiyamızdan xəbərləri izlə