Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni nüvə raketi sınaqdan keçirilib

Yeni nüvə raketi sınaqdan keçirilib

“Haber7”nin məlumatına görə, Pakistan “Şahin-2” adlı ballistik nüvə başlığı raket daşıyıcısını uğurla sınaqdan keçirib.
1500 kilometr məsafədəki hədəfləri vurmaq imkanına malik raketin sınağı Oman dənizində keçirilib. 
Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general-mayor Asif Qafur “Şahin-2”-nin Pakistanın ehtiyacı olan regional sabitlik üçün təminatçı gücə malik olduğunu vurğulayıb.
Pakistanın Baş naziri İmran Xan sınağın uğurla həyata keçirilməsi münasibəti ilə mühəndisləri və hərbçiləri təbrik edib.
Qeyd edək ki, Pakistan ötən il və bu ilin əvvəlində uzun və orta mənzilli raketləri sınaqdan çıxarmışdı.
Xatırladaq ki, Pakistan 1998-ci il mayın 30-da Çaqay poliqonunda 12-18 kT gücündə nüvə qurğusunu sınaqdan keçirib. Həmin tarixdən Pakistan nüvə silahı olan dövlət sayılır.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

 

24 2019 22:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə