Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kütləvi məzarlıq aşkar edilib

Kütləvi məzarlıq aşkar edilib

İraqın kəşfiyyat ekspertləri və mütəxəssislərindən ibarət qrup Türkiyə, İsveç, Almaniya, Səudiyyə Ərəbistanından olan ekspertlərin köməyi ilə terror qruplaşmasının yeni cinayətlərini aşkarlayıb. Araşdırmalar nəticəsində İraqda İŞİD terror qruplaşmasının qurbanları olan şəxslərin dəfn edildiyi 12 kütləvi məzarlıq aşkarlanıb.
Qeyd edilir ki, İraq və BMT nümayəndələrinin birlikdə hazırladıqları hesabatda İraqın bir qrup əsgərinin 2014-cü ildə terrorçular tərəfindən Tiqritdə edam edildiyi yer alıb. Bununla yanaşı, terrorçuların 2016-cı ildə Mosulda da kütləvi cinayət törətdikləri məlum olub. 
Xəbəri “Anadolu” agentliyi yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

24 2019 22:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə