Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tarixin ən zəngin adamı

Tarixin ən zəngin adamı

Amerikalı neft maqnatı Con Rokfeller dünya tarixinin ən zəngin şəxsi hesab olunub.

Amerikalı iqtisadçı Semyuel Uilyamson əvvəllər yaşamış zəngin şəxslərin sərvətlərini hazırkı göstəricilərlə müqayisə edib.

Qeyd olunub ki, C.Rokfellerin sərvəti bugünkü məzənnə ilə 350 milyard dollardan çox olardı. Bu, hazırda dünyanın ən zəngin şəxsi olan “Amazon” şirkətinin rəhbəri Ceff Bezosun sərvətindən 3 dəfə çoxdur.

19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində C.Rokfellerin sərvəti ABŞ-ın ümumi daxili məhsulunun 1,6 faizini təşkil edirdi.

Bundan başqa, iqtisadçının təhlilinə əsasən, Qədim Roma sərkərdəsi, Spartak üsyanına qalib gəlmiş Mark Krassın sərvəti bugünkü 210 milyard dollara bərabər olardı.

 

“Xalq qəzeti”

24 2019 17:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə