Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BSU-da şagirdlər üçün Açıq qapı günü keçirilib

BSU-da şagirdlər üçün Açıq qapı günü keçirilib

Bakı Slavyan Universitetində (BSU)  paytaxt məktəbliləri üçün  “Açıq qapı günləri” keçirilib. Tədbirdə BSU-nun əməkdaşlıq etdiyi Bakı şəhərinin 35, 44, 83, 132, 134, 164, 225 saylı tam orta məktəblərində, o cümlədən BSU nəzdində Məktəb-Lisey Kompleksində (MLK) təhsil alan yuxarı sinif şagirdləri və onların müəllimləri iştirak ediblər.

Tədbir çərçivəsində iştirakçılar əvvəlcə BSU əməkdaşlarının müşaiyəti ilə universitetdə fəaliyyət göstərən Heydər Əliyev mərkəzi, muzey, tədris və mədəniyyət mərkəzləri, Akt zalı, kafedralar və müasir avadanlıqlarla təmin olunmuş auditoriyalarla yaxından tanış olublar.

Sonra BSU tələbələri Akt zalında məktəblilər üçün hazırladıqları konsert proqramını təqdim ediblər.

Tədbir rəsmi hissə ilə davam edib. BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov çıxışında universitetdə tədris olunan ixtisaslardan, tədris prosesinin müasir təhsil sisteminə uyğunlaşması istiqamətində görülən işlərdən danışıb.

Əcnəbi tələbələrlə iş üzrə dekan Ülviyyə Məmmədova xarici tələbələrin BSU-ya qəbul prosesi və qəbul şərtləri barədə məlumat verib, onlar üçün universitetdə yaradılan şəraitdən danışıb. Sonra Ü.Məmmədova əcnəbi tələbələrin BSU barədə hazırladıqları video-çarxı təqdim edib.

Tərcümə fakültəsinin dekan müavini Leyla Musayeva çıxışında qeyd edib ki, fakültənin  məqsədi müasir dövrün tələblərinə uyğun olaraq ictimai-siyasi, iqtisadi, elmi-texniki, ədəbi və mədəni mövzularda tərcümə fəaliyyətini həyata keçirəcək peşəkar mütəxəssislər hazırlamaqdır. 

Tədbirin davamında təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri Yaşar Alxasov BSU tələbələri üçün yaradılan karyera imkanlarından söz açıb. Y.Alxasov çıxışında IV kurs tələbələrinin Cocuq Mərcanlı kənd məktəbində pedaqoji təcrübə keçmələri ilə bağlı, o cümlədən BSU kollektivinin Cocuq Mərcanlı kəndinə səfərini əks etdirən video görüntüləri təqdim edib.

Qeyd edək ki, Açıq qapı günündə ümumilikdə 163 şagird iştirak edib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

24 2019 16:46 - TƏHSİL
TƏHSİL
16 Avqust 2019 | 12:00
Təhsil naziri əmr imzaladı

Köhnə versiyamızdan xəbərləri izlə