Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tereza Mey istefasını elan etdi

Tereza Mey istefasını elan etdi

Böyük Britaniyanın Baş naziri Tereza Mey hakim Mühafizəkarlar Partiyasının rəhbəri vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Baş nazir öz iqamətgahında jurnalistlər qarşısında bildirib ki, iyun ayının 7-də partiya rəhbəri və baş nazir vəzifəsindən ayrılacaq. Tereza Meyi istefa verməyə Brexit üzrə Avropa İttifaqı ilə yeni saziş layihəsindən narazı qalan partiyadaşları və hökumət üzvləri sövq ediblər. 

İstefa verməzdən əvvəl  baş nazir iyunun əvvəlində Böyük Britaniyaya dövlət səfərinə gələcək ABŞ Prezidenti Donald Trampı qəbul edəcək. Yeni liderin seçilməsi rəsmən iyunun 7-dən başlayacaq. Buna baxmayaraq əsas namizəd hesab olunan sabiq xarici işlər naziri Boris Conson artıq öz namizədliyini irəli sürəcəyini bəyan edib.

İcmalar Palatasının keçmiş lideri Andrea Lids də namizədliyini irəli sürmək niyyətindədir. Hazırkı xarici işlər naziri Ceremi Hant və daxili işlər naziri Sacid Cavid də əsas namizədlər sırasındadır.

Yeni baş nazir seçilənə kimi Tereza Mey öz vəzifəsini icra edəcək.

Qeyd edək ki, T.Mey 2016-cı ildən Böyük Britaniyanın Baş naziri postunu tutur.

 

“Xalq qəzeti”

24 2019 16:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə