Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Çölçü” filmi rekordunu təzələdi

“Çölçü” filmi rekordunu təzələdi

"Çölçü” filmi üç beynəlxalq film mükafatının - "Accolade global film competition”, "Oniros film awards”, "Depth of field international film festivalı”nın müsabiqə proqramına daxil olub.

Bu barədə filmin rejissoru Şamil Əliyev məlumat verib. Ekran əsəri 2012-ci ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm” kinostudiyasında çəkilib. 45 beynəlxalq festivalda və 5 qitədə nümayiş olunan "Çölçü” filminin uğurları bitib tükənmir.  Belə ki, 2014-cü ildə sözügedən film "Xarici dildə ən yaxşı filmə görə "Oskar" mükafatına təqdim olunaraq ilkin siyahıda yer almışdı.

 "Çölçü” filmində arxaik aləmdə yaşayan çölçü ilə müasir mədəniyyətin daşıyıcısı olan gənc qızın münasibətlərindən bəhs edilir. Atasının ölümündən sonra dərviş kimi yaşayan çölçü bu kəndli qızı ilə rastlaşandan sonra onun həyatı tamam dəyişir.   M.MÜKƏRRƏMOĞLU,

 

 “Xalq qəzeti”

24 2019 11:27 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə