Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti niyə ucuzlaşır?!

Neftin qiyməti niyə ucuzlaşır?!

Dünya bazarında “qara qızıl”ın qiyməti ucuzlaşmağa başlayıb. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 4,65 faiz ucuzlaşaraq bir bareli 68,80, Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 5,83 faiz ucuzlaşaraq bir bareli 57,84, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 4,55 faiz ucuzlaşaraq bir bareli 70,20 dollar olub.

Ekspertlər bildiriblər ki, ABŞ Energetika Nazirliyinin Birləşmiş Ştatlarda neft ehtiyatının 4,7 milyon barel artması barədə məlumatından sonra dünya bazarında “qara qızıl”ın qiyməti azalmağa başlayıb. Bundan əlavə, Vaşinqtonla Pekin arasında gedən ticarət müharibəsi də neftin qiymətinə mənfi təsir edir.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

24 2019 11:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə