Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Salyanın Qarabağlı kəndində 100 yerlik uşaq bağçasının tikintisi yekunlaşır

Salyanın Qarabağlı kəndində 100 yerlik uşaq bağçasının tikintisi yekunlaşır

Salyanın Qarabağlı kəndində 100 yerlik ikimərtəbəli uşaq bağçası-körpələr evinin tikintisi yekunlaşır.

Artıq binanın qapı və pəncərələri quraşdırılıb, daxili elektrik, su-kanalizasiya xətləri çəkilib, divarlar rənglənib, kafel-metlax işləri görülüb. Həmçinin burada su anbarı tikilib, davamlı enerji təminatı üçün transformator yarımstansiyası və istilik sistemi quraşdırılıb. Hazırda binaya üzlük vurulur. 24 əsas və yardımçı otaqdan ibarət olan məktəbəqədər müəssisənin həyətində abadlıq işləri aparılacaq, yaşıllıq salınacaq. Ərazidə uşaqların əylənmələri üçün oyun meydançaları və müxtəlif qurğular quraşdırılacaq. Müəssisə yeni inventar və texniki vasitələrlə təmin olunacaq.

Uşaq bağçasının bu ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulur.

 

Səməd Hüseynoğlu,
“Xalq qəzeti”nin bölgə müxbiri 

24 2019 11:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə