Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parisdə qvineyalı siyasətçidən 45 milyon avroluq brilyant oğurlayıblar

Parisdə qvineyalı siyasətçidən 45 milyon avroluq brilyant oğurlayıblar

Parisdə Qvineyanın yaşıllar partiyasından prezidentliyə sabiq namizədindən 45 milyon avro dəyərində brilyant oğurlayıblar.

Qvineyalı Mari-Madlen Diubate Parisin 8-ci dairəsində "Warwick" hotelində daşı qiymətləndirəcək iki nəfərlə görüşməli idi. Kişilər özlərini rusiyalı gemmoloqlar kimi təqdim ediblər.

"Ekspertlər" brilyantı qiymətləndiriblər və onun dəyərinin 45 milyon avro olduğu barədə Diubateyə sertifikat veriblər. Daha sonra isə cinayətkarlar brilyantı saxtası ilə əvəz edib, onu oğurlayıblar.

Siyasətçi qadın aldadıldığını başa düşsə də, “gemmoloqlar” hadisə yerindən qaçmağa nail olublar.

 

 

“Xalq qəzeti”

24 2019 10:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə