Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Amnesty İnternational” adi idman hadisəsini niyə siyasiləşdirir?

“Amnesty İnternational” adi idman hadisəsini niyə siyasiləşdirir?

Azərbaycanda Avropa Liqasının final oyunlarının başlanmasına sayılı günlər qalır. Amma bir müddət əvvəl olduğu kimi, Qərbdə Azərbaycanın bu uğurunu gözdən salmağa, ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmağa çalışanlar yenidən peyda olublar. Bu dəfə “Amnesty İnternational” təşkilatının simasında. Azərbaycanın belə bir tədbirə evsahibliyi etməsi niyəsə “Amnesty İnternational”ı narahat edir. Dünyada, eləcə də Azərbaycanda xüsusi bir nüfuza malik olmayan təşkilat ölkəmizi insan haqlarının pozulmasında ittiham etməyə çalışır. 

Artıq yaxşı məlum olduğu kimi, bu təşkilatın adı beynəlxalq aləmdə korrupsiyada hallanır. Müxtəlif orqanların sifarişini yerinə yetirmək sahəsində isə onun xüsusi bir təcrübəsi var. Ən vacibi isə “Amnesty İnternational” ayrı-ayrı maraqlı xarici qüvvələrin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsi funksiyasını yerinə yetirir. Belə olan halda, soruşmaq lazımdır ki, bu qədər natəmiz reputasiyaya malik bir təşkilatın kimisə ittiham etməyə, ədalət, şəffafllq və demokratiya kimi ali dəyərlərdən danışmağa nə dərəcədə haqqı var. Elə bu sualın arxasındanca “xoruzun quyruğu” görünür: yəni, təşkilat yenə kimin sifarişini yerinə yetirir? Yox, biz səhv ediriksə, o zaman cavab versinlər: adi bir idman hadisəsinin bu qədər siyasiləşdirilməsi, müstəqil bir ölkəyə qarşı şər-böhtan atılması nəyə və kimə lazımdır? 
Əlbəttə, belə hücumlar Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. Ona görə də belə hay-küylərə fikir verən yoxdur. Ölkəmiz dəfələrlə bu cür haqsız və yersiz hücumlara məruz qalıb. Təəssüf ki, təşkilat rəhbərlərinin yaddaşı zəifdir və unudublar ki, Azərbaycan indiyədək nə qədər beynəlxalq tədbirə evsahibliyi edib. Bunların arasında sırf siyasi, ictimai-siyasi, mədəni, idman və c. kimi tədbirlər olub. Amma dövlətimiz bu tədbirlərin xarakterinə fərq qoymadan onları həmişə yüksək səviyyədə təşkil edib, Avropadan, Asiyadan gələn qonaqları özünəməxsus qonaqpərvərliklə qarşılayıb. Dediklərimizə misal olaraq 2012-ci ildə Bakıda böyük coşqu və çoxsaylı xarici qonaqların iştirakı ilə keçirilmiş “Eurovision” mahnı müsabiqəsini, 2015-ci ildə Bakı Olimpiya Stadionunda Birinci Avropa Oyunlarını, 2016-cı ildə İslam Həmrəyliyi Oyunlarını və digər tədbirləri göstərmək olar. 
Azərbaycan mayın 29-da UEFA final oyunlarını da yüksək səviyyədə keçirəcək. Buna heç kəsin şübhəsi olmasın, elə “Amnisty İnternational”ın da. Amma ikili standartlardan əl çəkib Azərbaycan kimi balaca bir ölkənin bu böyükürəkliyinə və qonaqpərvərliyə sevinmək daha yaxşı olardı... 

 

Üzeyir ŞƏFİYEV, 
BDU-nun “Sosial iş” kafedrasının müdiri

24 2019 01:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə