Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Radikal müxalifət yenə “köhnə bayatı”lara köklənib

Radikal müxalifət yenə “köhnə bayatı”lara köklənib

Hazırda ölkəmiz daha bir möhtəşəm beynəlxalq tədbirə imza atmaq ərəfəsindədir. Təbii ki, söhbət bir neçə gündən sonra Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunundan gedir. Bu möhtəşəm oyuna hazırlıq işləri yüksək səviyyədə aparılır. Axı, ölkəmiz birinci dəfə deyil ki, belə nüfuzlu tədbirlərə evsahibliyi edir. Buna qədər respublikamızda xeyli sayda humanitar forumlar, mədəniyyətlər və sivilizasiyalararası dialoqlar, beynəlxalq idman yarışları baş tutub. Hamısı da yüksək səviyyədə. Hər dəfə də həmin tədbirlər ərəfəsində ölkəmizin inkişafını gözü götürməyən və bədxahlarımızın əlində alətə çevrilmiş milli satqınlar ölkədə qarşıdurma, çaşqınlıq yaratmaq üçün bütün çirkin vasitələrə əl atmış və həmişə də fiaskoya uğramışlar. Azərbaycan mötəbər beynəlxalq tədbirləri keçirməyə qadir olduğunu sübut etmişdir. UEFA Avropa Liqasının final oyununun da möhtəşəm keçəcəyinə heç bir şübhə ola bilməz.

Azərbaycanın inkişafı, xarici siyasətdə qazandığı uğurlar antiazərbaycan dairələr tərəfindən həzm edilə bilmir. Belə məqamlarda ölkəmizə qarşı çıxanlara dəstək verən satqın və xəyanətkarlar sanki yaranmış fürsətdən istifadə edərək xəbis niyyətlərini həyata keçirmək üçün min oyundan çıxır, ermənipərəst qüvvələrlə həmrəy olub qoynunda böyüyüb-başa çatdıqları doğma Vətənə şər-böhtan atmaqdan çəkinmirlər.
Hazırda dünyanın müxtəlif bölgələrində baş verən mürəkkəb proseslər, ayrı-ayrı ölkələrdə müşahidə olunan gərginlik fonunda Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət nəticəsində dövləmizin milli maraqlarının qorunması, Azərbaycanda sabitliyin, təhlükəsizliyin, dinamik inkişafın təmin olunması antiazərbaycan dairələri və onların respublikamızdakı əlaltıları olan AXCP sədri Əli Kərimlini, “Milli Şura” adlı qondarma qurumun sədri Cəmil Həsənlini və onların ətrafını ciddi narahat edir. Ölkə daxilində ictimai-siyasi sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın təmin olunması, “iqtidar-xalq“ vəhdətinin daha da möhkəmləndirilməsi istiqamətində yürüdülən məqsədyönlü siyasət müəyyən daxili və xarici qüvvələrin reallaşdırmaq istədikləri xəbis niyyətlərini alt-üst edir. 
Radikal müxalifət xarici havadarlarından aldığı sifariş və qrantlar hesabına qondarma iddialar irəli sürərək hakimiyyəti gözdən salmağa, ölkədə sabitliyi pozmağa və bu yolla qarşıdurma yaratmağa cəhd göstərir, yalan vədlərlə xalqı mitinqlərə cəlb etmək istəyir. Son illər əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində dövlət başçısının imzaladığı fərman və sərəncamların, guya, onların keçirdikləri mitinqlərdən, hakimiyyətə təzyiqlərdən sonra reallaşdığını iddia edən Əli Kərimli və tərəfdarları bu yolla xalqın rəğbətini qazanmaq istəyirlər. Lakin xalq kimin kim olduğunu çox yaxşı bilir. Ona görə də satqın və xəyanətkarlar özlərinin və xarici havadarlarının siyasi və iqtisadi iddialarını reallaşdıra bilmirlər və bundan sonra da buna nail olmayacaqlar. Ayrı-ayrı şəxslərin, siyasi qrupların və sosial şəbəkə dəllallarının gündəmə gəlmək və ictimaiyyət arasında siyasi dividend qazanmaq üçün qarayaxma kampaniyaları, həmişəki kimi, bu dəfə də iflasa uğrayacaq. Onların əsassız iddiaları, bu və ya digər məsələləri qabartmaqla öz təbliğatlarını qurmaq cəhdləri heç bir fayda verməyəcək. Artıq hər kəsə bəllidir ki, müxtəlif yollarla xarici ölkələrə üz tutub çirkin kampaniyalara cəlb olunan antimilli ünsürlərin əməlləri öz dövlətinə və xalqına qarşı xəyanətdən başqa bir şey deyil.
Azərbaycan yenə də onun inkişafını, əldə etdiyi nailiyyətləri və uğurları gözügötürməyənlərin hədəfinə çevrilib. Qeyd etdiyli kimi, səbəbi də bəllidir. Mayın 29-da dünyanın diqqəti yenidən Azərbaycana yönələcək. UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununu izləməyə gələn on minlərlə turist ölkəmizin inkişafının, memarlıq abidələrinin, yenidənqurmanın, inkişafın, əmin-amanlığın, xalqımızın qonaqpərvərliyinin şahidi olacaq. Bax, bu uğurları həzm edə bilməyənlərin yuxusu indi ərşə çəkilib. Onlar ötən illərdə olduğu kimi, bu dəfə də öz nəzarətlərində olan kütləvi informasiya vasitələrində və QHT şəbəkəsi vasitəsilə ölkəmizə qarşı çirkin kampaniyalar aparır, bununla da öz xəbis niyyətlərini reallaşdırmaq istəyirlər.
Həmişə olduğu kimi, yenə də beynəlxalq aləmdə qərəzli və böhtançı kimi tanınan “Amnesty İnternational” və “Human Rights Watch” və digər beynəlxalq təşkilatlardan alət kimi istifadə edilir. “Amnesty İnternational” təşkilatı Azərbaycanda Avropa Liqasının finalının keçirilməsini pisləyib və bunu insan haqlarının vəziyyəti ilə əlaqələndirib. Daim ədalətsiz, qərəzli və qeyri-obyektiv hesabatları ilə ölkəmizin beynəlxalq aləmdəki reytinqinə zərbə vurmağa çalışan bu böhtançı təşkilatlar belə mötəbər bir yarışın Bakıda keçirilməsini qəbul edə bilmirlər. Yəqin ki, həmin təşkilatların Bakıda keçirilmiş Birinci Avropa Oyunlarının “boykot” çağırışı yaddaşlardan hələ də silinməyib. Həmin təşkilatlar və onları maliyyələşdirən antiazərbaycan qüvvələr ölkəmizdə insan hüquq və azadlıqlarının pozulduğunu iddia edərək Avropa dövlətlərini I Avropa Oyunlarında iştirakdan imtinaya çağırırdılar. Hətta onlar bununla kifayətlənməyib xarici kütləvi informasiya vasitələrində ölkəmizin əleyhinə qərəzli, qeyri-obyektiv, şər və böhtanla dolu məqalələr dərc etdirirdilər. Bundan başqa, Əli Kərimli və əlaltıları təşkil etdikləri mitinqlərdə xalqı belə tədbirləri “boykot” etməyə çağırırdı. Təbii ki, sifariş xarici ağalarından gəlmişdi. Hazırda UEFA Avropa Liqasının final oyunu ərəfəsində yenə də həmin “ köhnə bayatı” nı işə salıblar. Bu satqınları ölkə daxilində də dəstəkləyənlərin olması, həmçinin adlarını azərbaycanlı qoyub müxtəlif xarici ölkələrdə bir qarın çörəkpuluna görə milli mənliyini itirənlərin xəyanətkarlığı təəssüf doğurur. Satqınlığı və xəyanəti özlərinə peşə seçmiş belə ünsürlərin ölkəmizə qarşı qərəzli mövqedən çıxış edən böhtançı təşkilat və şəxslərin mənafelərinə can-başla xidmət etmələri artıq hər kəsdə ikrah hissi oyadıb. 
Əli Kərimlilər, Cəmil Həsənlilər, onların sifarişləri ilə sosial şəbəkələrdə qoynunda böyüyüb-başa çatdıqları doğma Vətənə böhtan atanlar, təhqir yağdıranlar bu yolla heç nəyə nail ola bilməyəcəklərini çox yaxşı dərk edirlər. Çünki ölkəmizə gələn tanınmış ictimai-siyasi xadimlər, məşhur idmançılar burada gördüklərinə heyranlıqlarını səmimi etiraf edirlər. Bunlardan birini diqqətinizə təqdim etmək istərdim.
Futbol üzrə Polşa millisinin sabiq qapıçısı, İngiltərənin “Liverpul” və İspaniyanın “Real” klublarının da formasını geyinmiş məşhur futbolçu Yeji Dudek Bakıya səfəri zamanı, paytaxtımızın UEFA Avropa Liqasının final matçına evsahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində iştirakından məmnunluğunu ifadə etmişdir: “Düşünürəm ki, Avropa Liqasının final oyununu keçirmək hər bir ölkə üçün vacibdir. Görüşün bu dəfə Azərbaycanda keçirilməsi böyük bir nailiyyətdir”. 

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

24 2019 01:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə