Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN DÖVLƏT GƏNC TAMAŞAÇILAR TEATRI AÇIQ TENDER ELAN EDİR

AZƏRBAYCAN DÖVLƏT GƏNC TAMAŞAÇILAR TEATRI AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı üçün sistemləşdirilmiş peşəkar işıq, səs, video və səhnə avadanlığının satın alınması.
Tender iştirakçıları öz tender təkliflərini imzalanıb möhürlənmiş şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara və mütləq şəkildə müvafiq sahə üzrə spesifik iş təcrübəsinə malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üçün 50 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.
Telefon- +994124937654
 Ünvan- Bakı, Nizami küçəsi 72
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
H/h- AZ35AIIB33070019443500247105
VÖEN- 1700048281
Bankın adı “Kapital Bank”-ın Səbail filialı
Kod- 200059
VÖEN- 9900003611
М/h- AZ 37NABZ 01350100000000001944
S.W.I.F.T BİK: AİİBAZ2X
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır. 
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- son 5 ilin iştirak göstəricisi haqqında arayış;
- son 5 ilin maliyyə dövriyyəsi haqqında arayış; 
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidır).
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 4 iyul 2019-cu il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 11 iyul 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər. 
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
Təklif zərfləri 12 iyul 2019-cu il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri tender zərflərinin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

24 2019 03:21 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Sentyabr 2019 | 10:29
Bildiriş
21 Sentyabr 2019 | 10:28
B i l d i r i ş
21 Sentyabr 2019 | 10:27
B İ L D İ R İ Ş
21 Sentyabr 2019 | 10:27
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə