Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi sosial müdafiəyə ehtiyacı olan uşaq və gənclər üçün yay istirahət düşərgəsinin təşkilinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi sosial müdafiəyə ehtiyacı olan uşaq və gənclər üçün yay istirahət düşərgəsinin təşkilinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 4652155 nömrəli telefonla (faks-4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Qurbanzadə Fərid Vidadi oğlu). İddiaçılar 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorundan) ala bilərlər.
Bank-Dövlət Xəzinədarlıq Agentliyi
Kod - 210005
M/h-AZ41NABZ01360100000000003944
VÖEN- 1401555071
SWIFT-CTREAZ22
Alan müştəri-Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
H/h-AZ50CTRE00000000000002147771
VÖEN- 1500171121
Büdcə səviyyəsinin kodu- 7
Təsnifat kodu- 142340
 İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar prosedurda iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə arayış; 
-iddiaçıların son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyət barədə bank tərəfindən verilmiş arayış;
- təklif (zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- təklifin təminatı (zərflərin açıldığı gündən sonra azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
-son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə) yerinə yetirdiyi analoji işlər haqqında məlumat.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.
İddiaçılar tender prosedurunda iştirak üçün yuxarıda göstərilən ixtisas sənədlərini 3 iyul 2019-cu il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1 faizi məbləğdə bank təminatını 11 iyul 2019-cu il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri iddiaçıların iştirakı ilə 12 iyul 2019-cu il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır. 

Tender komissiyası

24 2019 03:20 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
19 İyun 2019 | 12:13
Bildiriş
15 İyun 2019 | 03:45
KAPİTAL BANK
15 İyun 2019 | 03:44
B İ L D İ R İ Ş
15 İyun 2019 | 03:44
B İ L D İ R İ Ş
15 İyun 2019 | 03:40
B İ L D İ R İ Ş
15 İyun 2019 | 03:39
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə