Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İçərişəhərdə açılacaq növbəti sərgi Stokholma həsr olunacaq

İçərişəhərdə açılacaq növbəti sərgi Stokholma həsr olunacaq

İçərişəhərdə açılacaq növbəti sərgi Stokholma həsr olunacaq. İyunun 7-də "Art Tover” rəsm qalereyasında gənc rəssam Aytən Abdullayevanın "Stokholm- sütunlar üzərində ada” adlı rəsm sərgisi açılacaq.

Sərgi İsveçin ölkəmizdəki səfirliyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və "Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə reallaşacaq.

İsveçin Bakıdakı səfirliyinin dəstəyi ilə rəssam bu gözəl şəhəri – Stokholumu ziyarət etməklə öz təəssürat və hisslər qammasını rəsmlərində əks etdirmək şansı əldə edib. Stokholma səfər etmək və bu şəhərin bütün harmoniyasını kağıza köçürmək rəssam üçün çətin, lakin olduqca maraqlı olub. Sərgidə rəssamın 30-dən çox sənət əsəri yer alacaq.

İyunun 12-dək davam edəcək sərgi ilə hər kəsin tanış olmaq imkanı var.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

23 2019 15:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə