Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bəhreynin “Gulf Air” “Çelsi” və “Arsenal” azarkeşlərini Bakıya xüsusi reyslə gətirəcək

Bəhreynin “Gulf Air” “Çelsi” və “Arsenal” azarkeşlərini Bakıya xüsusi reyslə gətirəcək

Bəhreynin “Gulf Air” aviaşirkəti “Çelsi” və “Arsenal” azarkeşlərinin Bakıya səfərini asanlaşdırmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına uçacaq təyyarəni modernləşdirib

Şirkətin bəyanatında deyilir ki, “Gulf Air” çox sayda azarkeşin Bakıya səfərini təmin etmək üçün “Boeing 787-9 Dreamliner” flaqman təyyarəsindən istifadə edəcək.

Həmin təyyarə ilk dəfə Bəhreyn-Bakı reysi ilə uçuş keçirəcək. Ekonom bölmədə 256 və “Falcon Gold” bölməsində 26 yerlə “Boeing 787-9 Dreamliner” Bakıya müntəzəm uçan digər təyyarələrdən daha böyükdür.

“Gulf Air” aviaşirkəti Bakıya həftədə 5 reys həyata keçirir.

Qeyd edək ki, mayın 29-da UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununda “Çelsi” və “Arsenal” komandaları üz-üzə gələcək.

 

“Xalq qəzeti”

23 2019 15:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə