Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gallup: Erməniləri Qarabağ problemi az maraqlandırır

Gallup: Erməniləri Qarabağ problemi az maraqlandırır

Amerikanın "Gallup İnternational Association" tədqiqat şirkətinin Ermənistan vətəndaşları arasında apardığı sorğuda ölkənin daha vacib problemləri aydınlaşdırılıb.

Sorğu nəticəsində məlum olub ki, Ermənistan vətəndaşlarının 45%-i ölkə üçün əsas problemin işsizlik olduğunu söyləyir. Yerdə qalan opponentlər, yəni 40,5% vətəndaş ölkənin iqtisadi durumunu önə çəkib. Rəyi soruşulanların 26,8% aşağı pensiya və əməkhaqlarını Ermənistanın əsas problemi adlandırıb.

Sorğu iştirakçıları yalnız bu problemlərdən sonra Dağlıq Qarabağ münaqişəsini ölkə üçün 4-cü yerdə duran problem kimi qeyd ediblər. Rəyi soruşulanların yalnız - 26,1%-i Dağlıq Qarabağ münaqişəsini Ermənistan üçün əsas problem olaraq görüb.

23 2019 14:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə