Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Avropa çempionatının iştirakçılarının podium məşqləri keçirilir

Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Avropa çempionatının iştirakçılarının podium məşqləri keçirilir

Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının iştirakçılarının podium məşqləri keçirilir.

Mayın 24-26-da Bakıda ilk dəfə olaraq aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.

Çempionatda 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələri baş tutacaq. Yarışların son günü isə final mərhələlərində Avropa çempionlarının adları açıqlanacaq.

Ölkəmizi çempionatda böyüklər arasında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, İmran İmranov, Nigar İbrahimbəyli, Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edəcəklər.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

23 2019 14:29 - İDMAN
İDMAN
18 Sentyabr 2019 | 10:08
Yay transferlərində yeni rekord
16 Sentyabr 2019 | 23:05
La Liqa tarixində ilk
15 Sentyabr 2019 | 10:58
Klopp birincidir
14 Sentyabr 2019 | 11:39
Cari mövsümdə ilk mükafat

Köhnə versiyamızdan xəbərləri izlə