Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2019-2025-ci illərdə sosial xidmətlərin inkişafına dair Milli Strategiya hazırlanır

2019-2025-ci illərdə sosial xidmətlərin inkişafına dair Milli Strategiya hazırlanır

2019-2025-ci illərdə sosial xidmətlərin inkişafına dair Milli Strategiya hazırlanır və bu sənəd layihəsi müvafiq qurumlarla razılaşdırılmaqdadır.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov "Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi nəticələri" adlı tədbirdə deyib.

Nazir müavininin sözlərinə görə, hazırda Azərbaycanda 10 qeyri-dövlət mərkəzi akkreditə olunub. Onlardan 6-sı Bakıda, 3-ü Gəncədə, 1-i Sumqayıtdadır. Bu mərkəzlərdə 1200-ə yaxın şəxsə sosial xidmətlər göstərilir.

Nazir müavini hesab edir ki, regionlarda da bu mərkəzlərin yaradılmasına ehtiyac var: "Zorakılıq halları yalnız böyük şəhərlərdə deyil, regionlarda, ucqar kəndlərdə də baş verir. Bu baxımdan bütün ölkədə qadınların ailələrdə sosial müdafiəsi gücləndirilməlidir. Son zamanlar qadınların biznes sahəsindəki fəallığını nəzərə alaraq, onların biznes imkanlarının əlçatanlığı üçün şərait yaradılmalıdır".

23 2019 14:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə