Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNEC III Science Slam beynəlxalq elm müsabiqəsinin qalibi bəlli oldu

UNEC III Science Slam beynəlxalq elm müsabiqəsinin qalibi bəlli oldu

UNEC-də III Science Slam beynəlxalq elm müsabiqəsi keçirilib.

Müsabiqənin final mərhələsində universitetin rəhbərliyi, müəllim-professor heyəti və tələbələrlə yanaşı, UNEC İctimai Nəzarət Şurasının üzvləri, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü də iştirak ediblər.

UNEC-də təşkil edilən beynəlxalq müsabiqənin əsas fəlsəfəsi elmin informasiyalarla dolu, anlaşılmayan termin və formullarla deyil, tam fərqli üslubda və prizmadan populyarlaşdırılmasıdır.

III Science Slam müsabiqəsinə UNEC-in bütün fakültələri ilə yanaşı, ilk dəfə olaraq Zaqatala filialının da tələbələri qatılıb. Müsabiqənin formatına uyğun olaraq, fakültə qalibləri 10 dəqiqə ərzində öz araşdırmalarını anlaşılan, kreativ və maraqlı şəkildə təqdim ediblər. Tələbələrin elektron xidmətlər, dənizin neftdən təmizlənməsinə ekoloji yanaşma, istehlakçı davranış modeli, dəniz iqtisadiyyatı, informasiya texnologiyaları və sosial şəbəkələr, video oyunların iqtisadiyyatda rolu,  irqi ayrıseçlik mövzuları barədə araşdırmaları böyük maraqla dinlənilib.

Təqdimatlardan sonra, qaydalara uyğun olaraq, qaliblərin çıxışları alqış sədaları ilə qiymətləndirilib. Xüsusi cihaz vasitəsilə ölçülən alqışın səs diapazonu qalibi müəyyənləşdirib. 91.3 desibel (dB) səs tezliyində alqış qazanan İqtisadiyyat fakültəsinin tələbəsi Elşən Qurbanov “Video oyunların insan həyatına təsiri” mövzusunda təqdimatı ilə UNEC III Science Slam müsabiqəsinin qalibi olub. Biznes və menecment fakültəsinin tələbəsi Məryəm Bağırzadə 90.4 dB ilə ikinci, Maliyyə və mühasibat fakültəsinin tələbələri Ləman Nəcəfova və Əsmər Heydərli isə 90.1 dB ilə üçüncü yerə layiq görülüblər. 

Qeyd edək ki, Science Slam beynəlxalq elm yarışması Azərbaycanda ilk dəfə olaraq UNEC-də keçirilib. Bu müsabiqə dünya üzrə Azərbaycanın adını 6-cı ölkə olaraq Science Slam tarixinə yazıb.

 

Elnarə Ömərova

23 2019 14:08 - TƏHSİL
TƏHSİL
16 Avqust 2019 | 12:00
Təhsil naziri əmr imzaladı

Köhnə versiyamızdan xəbərləri izlə