Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bu, mənim Vətənimdir!” adlı foto müsabiqə elan edilib

“Bu, mənim Vətənimdir!” adlı foto müsabiqə elan edilib

“IRS” jurnalı və Azərbaycan Fotoqraflar Birliyi “Bu, mənim Vətənimdir!” adlı foto işləri müsabiqəsini elan edib. Bu barədə Azərbaycan Fotoqraflar Birliyindən məlumat verilib.

Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçiriləcək:

- "Mənim diyarım". Kənd mənzərələri, ən əhəmiyyətli turizm obyektləri, memarlıq və tarixi abidələr;

- "Mənim şəhərim". Şəhər mənzərələri;

- "Adətlər və ənənələr". Milli bayramlar, şənliklər, festival və toylar, milli kollektivlərin tarixi yaxud təbii interyerdə çıxışları ilə bağlı janr çəkilişləri. Kənd məişəti, milli geyimlər;

- "Azərbaycan təbiəti. Qoruqlar, milli parklar, vəhşi heyvanlar və quşlar;

- "Dəniz2. Dəniz kənarında istirahət, çimərlik mənzərələri, yelkən qayıq idmanı, balıq ovu, sualtı balıq ovu;

- "Dağlar. Dağ xizəyi, alpinizm, trekinq, turizm. Janr çəkilişləri;

- "Yuxarıdan görünüş". Drondan istifadə etməklə fotoçəkiliş.

Hər nominasiya üzrə müəyyən ediləcək qalibə 300 AZN məbləğində mükafat veriləcək. Müsabiqədə hər nominasiyada  ilk beşlikdə yer tutumuş fotolar "IRS" və "Azerbaijan Airlines" jurnallarında, həmçinin "IRS Publishing House" nəşriyyat evinin "Irs-Heritage-Наследие" seriyası üzrə çap edilən kitablarında dərc olunacaq. Hər bir cap məhsulundan müəlliflərə iki nüsxə hədiyyə olunacaq.

Fotoşəkillər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinin rəhbəri Rusiya Beynəlxalq Peşəkar Fotoqraflar Gildiyasının vitse-prezidenti Sergey Kivrindir. Münsiflər heyətinin üzvləri – Musa Mərcanlı ("IRS" və "Azerbaijan Airlines" jurnallarının baş redaktoru), Andrey Vasilyev (Dubaydakı “IRS Publishing House” nəşriyyatının şef-redaktoru), Yelena Çirikova (“Azerbaijan Airlines” jurnalının dizayn-direktoru).

Müsabiqə üçün fotoları [email protected] ünvanına 15 aprel 2020-ci il tarixinə qədər göndərmək lazımdır.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

23 2019 11:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə