Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Elmi Kitabxanada Kembric Universiteti Nəşriyyatının təqdimatı olub

Mərkəzi Elmi Kitabxanada Kembric Universiteti Nəşriyyatının təqdimatı olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Kembric Universiteti Nəşriyyatının təqdimatı keçirilib.  Bu barədə AMEA Mərkəzi Elmi Kitabxananın ictimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.

Tədbirdə Kembric Universiteti Nəşriyyatının nümayəndəsi Leszek Czervinski təqdimatla çıxış edib. Kembric Universiteti Nəşriyyatının fəaliyyəti haqqında danışan L.Czervinski nəşriyyatın ilk çap nümunəsinin 1584-cü ildə dərc edildiyini və hər il 400 jurnal və 1500 kitab nəşr etdiyini bildirib. L.Czervinski Kembric Universiteti Nəşriyyatının məlumat bazasında 36000 elektron kitabın olduğunu qeyd edərək, nəşriyyatda keyfiyyətə nəzarətin ciddi olduğunu vurğulayıb. Nəşriyyata təqdim edilən yazıların qəbul qaydaları, mexanizmi və elmi jurnalların təsir amilindən danışan L.Czervinski elmi yazılarını dərc etmək istəyən alimlərin nəşriyyat seçimində diqqətli olmalarını tövsiyə edib.

Çıxışının sonunda Kembric Universiteti Nəşriyyatının nümayəndəsi istifadəçilərə təqdim etdikləri “açıq mənbə” xidmətinin özəllikləri  barədə məlumat verib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

23 2019 11:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə