Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Çin Xalq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı bildirirəm.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 28 il ərzində davamlı iqtisadi inkişaf yolu ilə irəliləyir, xalq sülh və rifah içində yaşayır, ölkənizin beynəlxalq statusu və nüfuzu daimi artır.  Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm. Bu yaxınlarda İkinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində biz Sizinlə əhəmiyyətli görüş keçirdik və bir sıra razılıqlar əldə etdik. Ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərin və bütün sahələrdə əməkdaşlığın daha yeni pilləyə yüksəlməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.
Sizə möhkəm cansağlığı və bütün işlərinizdə uğurlar diləyirəm.
Dost Azərbaycana inkişaf və rifah, onun xalqına xoşbəxtlik arzulayıram.
Dərin hörmətlə,
 
 
Si CİNPİN
Çin Xalq Respublikasının Sədri
22 2019 23:37 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə