Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADA Universiteti və Rusiya Elmlər Akademiyası gənc alimlərin yetişdirilməsində əməkdaşlıq etməyi planlaşdırır

ADA Universiteti və Rusiya Elmlər Akademiyası gənc alimlərin yetişdirilməsində əməkdaşlıq etməyi planlaşdırır

ADA Universiteti və Rusiya Elmlər Akademiyası gənc alimlərin yetişdirilməsində əməkdaşlıq etməyi planlaşdırır. 
Bu məsələ mayın 22-də xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevlə görüşündə müzakirə edilib. 
ADA Universitetindən bildirilib ki, tərəflər, xüsusilə informasiya texnologiyalarının və tətbiqi elmlərin inkişafı məqsədilə mübadilə proqramlarını nəzərdən keçirəcəklər. 
Görüşdə qarşılıqlı maraq doğuran sahə kimi, həmçinin Xəzər hövzəsi üzrə elmi tədqiqatların aparılması müzakirə olunub.
Akademik Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyəti ADA Universitetində olarkən tədris mərkəzi ilə də tanış olub. Qonaqlara universitetin tələbə və müəllim heyəti, burada yaradılan beynəlmiləl mühit və Rusiyanın bir neçə aparıcı universiteti daxil olmaqla, 70-ə yaxın xarici ali təhsil ocağı ilə qurulan elmi əməkdaşlıq barədə məlumat verilib. Akademik Aleksandr Sergeyev qarşıdan gələn “Məzun günü” münasibətilə universitet rəhbərliyini təbrik edib və ADA yetirmələrinə uğurlar arzulayıb.

 

AZƏRTAC

22 2019 23:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə