Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeni milli kinofestival təsis edib

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeni milli kinofestival təsis edib

İttifaqın mətbuat xidmətindən bildiriblər ki, festivalı keçirməkdə məqsəd Azərbaycanda milli kino sənətinin inkişafına dəstək vermək, kinematoqrafiyada peşəkarlığın səviyyəsini qoruyub saxlamaq və bu sahədə çalışanları həvəsləndirməkdir.
İki ildən bir, noyabr ayında Bakıda keçiriləcək festivalda son iki il ərzində Azərbaycanda istehsal olunmuş bədii və sənədli filmlər iştirak edəcək. Həmçinin kinofestivalda bir çox nominasiyalar üzrə xüsusi mükafatlar təqdim ediləcək.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

22 2019 22:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə