Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dənizkənarı Bulvar İdarəsi Kommunal Xidmətinin təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi AÇIQ TENDER ELAN EDİR

Dənizkənarı Bulvar İdarəsi Kommunal Xidmətinin təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Yaşıllıq sahələri üçün bitkilərin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə, ikiqat zərflərdə yazılı surətdə tender komissiyasına təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən şəxslər tenderdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2A nömrəli ünvandan (əlaqələndirici şəxs -E.Qədirovdan, telefon -(012) 404-95-96) ala bilərlər.
İştirak haqqı 500 (beş yüz) manatdır.
Təşkilat - Dənizkənarı Bulvar İdarəsi
Bankın adı “KAPİTAL BANK” ASC- nin GƏNCLİK FİLİALI
KOD- 200189
VÖEN- 9900003611
M/ h - AZ37NABZ01350100000000001944
SWİFT BİK- AIIBAZ2X 
TƏŞKİLAT- DBİ KXT DBƏMM
H/h - AZ95AIIB38090019440062628118
VÖEN- 1701243801
İştirak haqqı heç bir halda geri qaytarılmır. 
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin bir faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır). 
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir illik fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunan maliyyə hesabatının surəti;
- iddiaçının son bir illik maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- iddiaçının tenderdə iştirakına təsir edə biləcək digər müvafiq məlumatlar.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri  Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 14 iyun 2019-cu il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 27 iyun 2019-cu il saat 17.00-dək Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2A nömrəli ünvanda tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 28 iyun 2019-cu il saat 12.00-da Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi Dövlət Bayrağı Meydanının ərazisi, Dənizkənarı Bulvar İdarəsinin Kommunal Xidməti təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin ofisində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

23 2019 02:37 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
25 İyun 2019 | 00:30
B i l d i r i ş
25 İyun 2019 | 00:29
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə