Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağsu Suvarma Sistemləri İdarəsi 2019-cu il üçün AÇIQ TENDER ELAN EDİR

 Ağsu Suvarma Sistemləri İdarəsi 2019-cu il üçün AÇIQ TENDER ELAN EDİR

 Lot-1. Tikinti materiallarının satın alınması.
Lot-2. Beton qarışıqlarının satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: 
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 80 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ağsu şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvanda Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs- Ş.Abdullayevdən , telefon- 02022 6-53-68) ala bilərlər.
Təşkilat- Ağsu SSİ
H/h- AZ 22 AİİB 32051019445400201154
VÖEN- 3500052631
Bank- “Kapital Bank”ın Ağsu filialı
 Kod- 200543
VÖEN- 9900003611
M/h- AZ 37 NABZ 01350100000000001944
S.W.İ.F.T.BİK -AIIBAZ2x
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 3 iyul 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 11 iyul 2019-cu il saat 18.00-a qədər Ağsu şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvanda Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 12 iyul 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

23 2019 02:33 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
25 İyun 2019 | 00:30
B i l d i r i ş
25 İyun 2019 | 00:29
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə