Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müdafiə naziri düşmənin təxribat cəhdlərinin qarşısının alınması barədə tapşırıq verib

Müdafiə naziri düşmənin təxribat cəhdlərinin qarşısının alınması barədə tapşırıq verib

­G­enişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində cəbhəboyu zonada olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti müxtəlif istiqamətlərdə yerləşən ön xətt bölmələrində olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, nazir bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayıb, Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və əldə olunan məlumatlara əsasən düşmənin törədə biləcəyi təxribat cəhdlərinin qarşısının bütün atəş vasitələrinin tətbiqi ilə dərhal alınması barədə müvafiq tapşırıqlar verib.

“Xalq qəzeti”

 

22 2019 22:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə