Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pentaqonun yeni raketləri elektron hərbi vasitələri sıradan çıxarır

Pentaqonun yeni raketləri elektron hərbi vasitələri sıradan çıxarır

“Reuters” agentliyinin yaydığı məlumata görə, ABŞ Silahlı Qüvvələri düşmən ordusundakı elektron hərbi vasitələrin sıradan çıxarılması üçün döyüş başlığı ilə təchiz edilən 20 yeni raket hazırlayıb. 
Bildirilir ki, bu raketlər güclü mikrodalğalar yaymaqla düşmənin hərbi potensialını canlı tələfat olmadan məhv edir. Düşmən ordusundakı hərbi avadanlıqların elektron proqram təminatı dağıdılır.
Qeyd edilir ki, sınaqları hələ 2012-ci ildə keçirilən raketlər “Boeing Phantom Works” şirkəti tərəfindən ABŞ Silahlı Qüvvələrinin tədqiqat laboratoriyaları üçün hazırlanıb. Hazırda sistem silahlanmaya qəbul edilib.
Yüksəktezlikli faydalı yükə malik döyüş başlığı təyinat nöqtəsinə “B-52” strateji bombardmançılarının daşıdığı qanadlı raketlər vasitəsilə çatdırılır.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

22 2019 22:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə