Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Putin Makron və Merkel ilə müzakirələr aparıb

Putin Makron və Merkel ilə müzakirələr aparıb

Rusiya Prezidenti Vladimir Putin dünən fransalı həmkarı Emmanuel Makron və Almaniya Kansleri Angela Merkel ilə bir sıra aktual beynəlxalq problemləri telefonla müzakirə edib. Bu barədə Kremlin mətbuat xidmətinə istinadən TASS agentliyi məlumat yayıb. 

Xəbərdə qeyd olunur ki, Avropanın üç aparıcı ölkəsinin lideri Ukraynada prezident seçkilərindən sonrakı vəziyyət barədə fikir mübadiləsi aparıblar. Yekdil fikir bu olub ki, Ukraynanın şərqindəki münaqişə Minsk razılaşması prinsipləri əsasında həll olunmalıdır. 
Rusiya Prezidenti Fransa və Almaniya liderlərini ölkəsinin Türkiyə ilə birlikdə Suriyanın şimali-qərbində vəziyyətin stabilləşdirilməsi üçün həyata keçirdiyi tədbirlər barədə də məlumatlandırıb. 
Ümumi razılığa gəlinib ki, 2018-ci ilin oktyabrında İstanbul sammiti zamanı Rusiya, Türkiyə, Almaniya və Fransa liderləri arasında əldə olunmuş razılaşmaya uyğun olaraq, Suriyada Konstitusiya komitəsinin formalaşdırılması üzrə zəruri tədbirlərin görülməsi davam etdirilməlidir. Bundan başqa, liderlər BMT Təhlükəsizlik Şurasının Suriya üzrə 2254 saylı qətnaməsinin icra olunmasının vacib olduğunu vurğulayıblar. Həmin sənədə əsasən, Suriyanın suverenliyi və ərazi bütövlüyü təmin olunmalıdır. 
Putin, Makron və Merkel, həmçinin İran məsələsini də müzakirə ediblər. Bildiriblər ki, rəsmi Tehranla ticari-iqtisadi sahədə əldə olunan razılaşmalara əməl edilməlidir. 
TASS, həmçinin qeyd edir ki, liderlər bütün vacib mövzular üzrə müzakirələri müvafiq dövlət qurumları səviyyəsində davam etdirmək barədə razılığa gəliblər. 

M.HACIXANLI, “Xalq qəzeti” 

 

22 2019 22:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə