Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Somali paytaxtında partlayışlar

Somali paytaxtında partlayışlar

“The National”ın məlumatına görə, Somalinin paytaxtı Moqadişoda parlament binasının qarşısında güclü partlayış olub.

Somalinin keçmiş daxili işlər naziri Ömər Məhəmməd bildirib ki, parlamentin iki üzvü onun evinə gələrək sığınacaq istəyib. Onun köməkçiləri daha bir parlament üzvünü xəstəxanaya yerləşdiriblər. Daha bir parlament üzvü isə ağır halda onun evindədir.
“Hinhua” agentliyinin məlumatına görə, partlayış kustar üsulla düzəldilmiş bomba vasitəsi ilə törədilib. Partlayışdan sonra polislə naməlum silahlı adamlar arasında atışma baş verib. Hadisəyə cavabdehliyi heç bir terrorçu təşkilat öz üzərinə götürməyib.
Bu ərəfədə Prezident İqamətgahının qarşısında avtomobil partlayıb. Partlayışa cavabdehliyi “Əş Şaban” terror təşkilatı öz üzərinə götürüb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

22 2019 22:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə