Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial şəbəkələrə giriş məhdudlaşdırılıb

Sosial şəbəkələrə giriş məhdudlaşdırılıb

İndoneziyanın paytaxtı Cakartada ümumi seçkilərin nəticələri elan olunduqdan sonra başlanan kütləvi iğtişaşlara görə hökumət ölkədə müvəqqəti olaraq sosial şəbəkələrdə fotoşəkillərə və videoçarxlara baxışı məhdudlaşdırıb. Bu barədə RİA “Novosti” məlumat yayıb.
İndoneziyanın siyasi, hüquqi və təhlükəsizlik işləri naziri Viranto bildirib ki, hökumət bu qərarı yalan xəbərlərin və qıcıqlandırıcı mesajların yayılmasının qarşısını almaq məqsədilə verib.
Nazir bunun müvəqqəti olduğunu vurğulamaqla yanaşı, məhdudlaşdırmanın nə zaman aradan qaldırılacağını söyləməyib.
Qeyd edək ki, İndoneziyada keçirilmiş ümumi seçkilərin nəticələrinin elan olunmasından sonra müxalifətin etirazlarına görə saxlanılanların sayı 58 nəfərə çatıb.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

22 2019 22:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə