Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da dağıdıcı tornado

ABŞ-da dağıdıcı tornado

ABŞ-ın bəzi ştatlarında dağıdıcı tornado baş verib. Küləyin sürəti saatda 120 kilometrə çatıb. Küləklə bərabər güclü yağış və iri dolu yağıb.

Güclü külək avtomobilləri, ağacları, elektrik dirəklərini aşırıb, evlərin dam örtüklərini uçurub. Xeyli tikiliyə ziyan dəyib. Küçələri su basıb.
Sinoptiklər bildiriblər ki, çaylarda suyun səviyyəsi yüksəlib və daşqın təhlükəsi var.
Əsas ziyan Texas və Oklahoma ştatlarına dəyib. Hakimiyyət orqanları bildiriblər ki, təbii fəlakət zonasında 2 milyon nəfər qalıb.
Hələlik təbii fəlakətin vurduğu ziyanı hesablamaq mümkün olmayıb. Meteoroloqlar bildiriblər ki, çoxdandır regionda belə hadisə olmayıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

22 2019 22:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə