Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycana 8 baş bizon gətirilib

Azərbaycana 8 baş bizon gətirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib ki, Azərbaycana 8 baş bizon gətirilib.

Departament direktorunun sözlərinə görə, İDEA İctimai Birliyi ilə birgə nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində aparılan işlər bu gün də davam edir: "Mayın 20-də nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərdən olan bizonların ölkəmizə introduksiyası ilə bağlı tədbir baş tutdu. Tarixən bizim ölkəmizin ərazisində məskunlaşan bizonlar yenidən ölkə təbiətinə qaytarıldı. Məlumdur ki, Azərbaycanda bizonlar ilk insanların yaşadığı qədim dövrlərdən olub. Qobustan qayalarının üstündə vəhşi bizonların cizgilərinin əks olunması da bunun göstəricisidir. Tarixçilər bizonlarla bağlı öz salnamələrində qeyd edir ki, Azərbaycan xanları XII-XIII əsrlərdə vəhşi bizonları ovlayırdılar. Bu səbəbdən onların ölkə təbiətinə qaytarılması bizim tarixi irsimizin daha bir elementinin bərpası anlamına gəlir. Artıq ən mühüm addımlar atılıb və Azərbaycana 8 baş bizon gətirilib".

May ayının sonunda ölkəyə gətiriləcək bizonların sayı 20-yə çatacaq. Bizonlar Şahdağ Milli Parkının İsmayıllı rayonu ərazisində bir müddət volyer şəraitində saxlandıqdan sonra vəhşi təbiətə buraxılacaq.

 

“Xalq qəzeti”

22 2019 15:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə