Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nigeriyada quldurların hücumu zamanı 26-dan çox insan ölüb

Nigeriyada quldurların hücumu zamanı 26-dan çox insan ölüb

Nigeriyanın şimalındakı Katsin əyalətində, quldurların hücumu zamanı 26-dan çox insan həlak olub.

"Channels TV" telekanalı bildirir ki, Faskare yerli hökumətinin ərazisində 11 nəfər, Dan Musanın ərazisində isə 5 nəfər həlak olub.

Quldurlar, həmçinin Bastari rayonunda yerləşən Yar Qamdji kəndindəki kənd təsərrüfatı işçilərinə hücum ediblər, nəticədə 18 nəfər həlak olub, 10 nəfər isə itkin düşüb.

Qeyd edilir ki, axtarış dəstəsi tərəfindən Faskari ərazisindəki meşədə daha üç meyit və quldurların tərk etdiyi düşərgə aşkar olunub. Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

“Xalq qəzeti”

22 2019 14:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə