Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cavid Qurbanov: Gələcəkdə dəmir yolu xətlərinin uzadılması nəzərdə tutulur

Cavid Qurbanov: Gələcəkdə dəmir yolu xətlərinin uzadılması nəzərdə tutulur

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov bildirib ki, Bakı-Sabunçu dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir.

 Cavid Qurbanov qeyd edib  ki, Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları tamamilə yenidən qurulub. Artıq Sabunçu dəmir yolu vağzalı kompleksi sərnişinlərə xidmət göstərməyə tam hazırdır.

ASC sədri deyib: “Hazırda dəmir yolu daha sürətli nəqliyyat vasitəsi hesab olunur. Gələcəkdə dəmir yolu xətlərinin Əhmədli, Zirə, Pirallahı, həmçinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanına qədər uzadılmasını düşünürük və bu yollar davamlı olaraq tikiləcək.

Qeyd edək ki, mayın 21-də Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.

 

“Xalq qəzeti”

22 2019 14:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə