Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT QAK: Azərbaycanda 1125 nəfər əcnəbi qaçqın var

BMT QAK: Azərbaycanda 1125 nəfər əcnəbi qaçqın var

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) qeydlərinə əsasən Azərbaycanda 1125 nəfər qaçqın var.

BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin xarici əlaqələr üzrə müşaviri Elsevər Ağayev bildirib ki, qaçqın statuslu şəxslərin yarıdan çoxu – 636 nəfəri Əfqanıstan vətəndaşıdır. Qaçqınların ikinci böyük əksəriyyətini 388 nəfərlə Rusiya Federasiyasından olan çeçenlər təşkil edir.

Azərbaycandakı qaçqınların 44-ü İran, 15-i Pakistan, 15-i Suriya, 1-i Türkiyə, 26-sı isə digər ölkələrin vətəndaşlarıdır.

 

“Xalq qəzeti”

22 2019 14:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə