Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNESCO-dan ermənilərə ZƏRBƏ: "Sarı gəlin" Azərbaycan musiqisidir

UNESCO-dan ermənilərə ZƏRBƏ:

"Ermənilərin Azərbaycan xalq mahnısı olan "Sarı gəlin"i öz adlarına çıxmaq cəhdləri əsassızdır və nəticəsi olmayacaq". Bunu Türkiyənin UNESCO üzrə Milli Komissiyasının sədri, professor Öcal Oğuz bildirib.

Onun sözlərinə görə, əsrlərdən bəri türk xalqlarının ortaq dili, mədəniyyəti olub: "Bunların sırasında "Dədə Qorqud", "Koroğlu", "Qaracaoğlan" dastanlarını, muğamları, şərqiləri, türküləri qeyd etmək olar. Əgər ermənilər də "Sarı gəlin"i oxumaq istəyirlərsə, heç bir problem yoxdur. Lakin nəyinsə özünün olduğunu iddia etmək üçün onun mənşəyini bilmək lazımdır. "Sarı gəlin" Azərbaycanın musiqisidir, sözləri türkcədir, yəni bizim hekayəmizdir, bizim şeirimizdir".

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

22 2019 11:41 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə